Prokuror Karen Avanesyana 18 il həbs cəzası istəyib.
Bakıvaxtı.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Natiq Əliyevin sədrliyi ilə Karen Avanesyanın növbəti məhkəmə prosesi keçirilib.
Məhkəmə zamanı hadisə şahidlərinin ifadələri dinlənilib. Həmçinin istintaq zamanı Karen Avanesyanın hadisə baş verdiyi ərazidə dindirilməsi kadrları nümayiş etdirilib.
Çıxış edən dövlət ittihamçısı törətdiyi əməllərə görə Karen Avanesyanın təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilməsini və cəzasını xüsusi rejimdə çəkməyini istəyib.
Bakı 




