• Bakı 11° C

    4.54 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Zelenski Polşanın Baş naziri ilə telefon danışığı aparıb

DÜNYA

22 Noyabr 2025 | 18:25

Zelenski Polşanın Baş naziri ilə telefon danışığı aparıb

Ukrayna Prezidenti Volodimir Zelenski Polşanın Baş naziri Donald Tuskla telefon danışığı həyata keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı məlumatı Zelenski sosial şəbəkələrdə paylaşıb.

Dövlət başçısı bildirib ki, o, Tusku Avropa və ABŞ ilə aparılan diplomatik fəaliyyətin detalları barədə məlumatlandırıb.

Zelenski vurğulayıb ki, müharibənin başlanğıcından bəri Ukraynanın yanında olan tərəfdaşları mövcud vəziyyətdən xəbərdar etmək böyük əhəmiyyət daşıyır. O, Tuska və Polşa xalqına göstərdikləri dəstəyə görə təşəkkürünü ifadə edib.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti döyüşlərin başa çatması üçün atılmalı addımlarla bağlı tərəfdaş ölkələrlə məsləhətləşmələr aparacağını bildirmişdi.


SON XƏBƏRLƏR