• Bakı 11° C

    4.54 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Ankara ilə qarşıdurmadan qaçırıq - Netanyahu

DÜNYA

22 Noyabr 2025 | 17:45

Ankara ilə qarşıdurmadan qaçırıq - Netanyahu

Türkiyənin regional addımlarını yaxından izləyirik. 

Bakıvaxtı.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu “Abu Ali Express” adlı Teleqram kanalına açıqlamasında deyib.

O xatırladıb ki, Təl Əvivlə Ankara arasında münasibətlər İsrail ordusunun Qəzza əməliyyatları səbəbindən pisləşib.

Netanyahu Türkiyənin bəzən “ifrat ritorikadan” istifadə etdiyini iddia edib.

Baş nazir eyni zamanda Türkiyə ilə müəyyən məsafə saxladıqlarını və Ankaranın regional addımlarını yaxından izlədiklərini də vurğulayıb:

“Biz düşmən axtarmırıq, lakin bölgədəki heç bir ölkənin bizi təhdid etməsinə də icazə verməyəcəyik”.

Türkiyə ilə qarşıdurmadan qaçdıqlarını vurğulayan Netanyahu qeyd edib ki, ölkəsini qorumaq üçün nə lazımdırsa edəcəklər:

“Amma mümkün olduğu qədər, ilk növbədə dialoq qurar, bununla bərabər qətiyyətli mövqe nümayiş etdirərik”.

Axar.az


SON XƏBƏRLƏR