• Bakı 16° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

Əfqan Sadıqov yenidən həbs edildi 

DÜNYA

23 Oktyabr 2025 | 17:12

Əfqan Sadıqov yenidən həbs edildi 

Jurnalist Əfqan Sadıqov Gürcüstanda saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, məhkəmənin qərarı ilə Əfqan Sadıqov 14 sutqalıq həbs edilib.

O, Tbilisidəki  aksiyada yolu qanunsuz bağlamaqda təqsirli bilinib.

Qeyd edək ki, bir müddət əvvəl Ə.Sadıqov barəsində Azərbaycan Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. O, ölkədə olmadığından beynəlxalq axtarışa verilib. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən qarşılıqlı əməkdaşlıq müqaviləsinə uyğun olaraq, Əfqan Sadıqovun ölkəyə ekstradisiya edilməsi istənilib. Sonradan gürcü məhkəməsi onu azadlığa buraxıb.

“Azel Tv”nin rəhbəri olmuş Ə.Sadıqov əvvəl də hədə-qorxu ilə tələb etməyə görə məhkum olunub.


SON XƏBƏRLƏR