• Bakı 13° C

    3.57 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Pezeşkian istefa verir? - RƏSMİ AÇIQLAMA

DÜNYA

22 Noyabr 2025 | 16:04

Pezeşkian istefa verir? - RƏSMİ AÇIQLAMA

"İran Prezidenti Məsud Pezeşkianın istefası ilə bağlı şayiələr həqiqətə uyğun deyil".

Bakıvaxtı.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bunu prezidentin icra məsələləri üzrə müavini Məhəmmədcəfər Qaempənah bildirib.

Qaempənah vurğulayıb ki, hazırkı hökumət misligörünməmiş problemlərlə üzləşsə də, İran xalqına xidmət etməkdən geri çəkilmək niyyətində deyil.

"Biz İranı sevirik və onun üçün çalışırıq. Tənqid və təzyiqlərə baxmayaraq, kənara çəkilməyəcəyik. İran bütün vətəndaşlarımıza məxsusdur və hökumət də bu məsuliyyətin yerinə yetirilməsi işinə sadiqdir", - deyə o, fikirlərini tamamlayıb.


SON XƏBƏRLƏR

21 Noyabr 2025