• Bakı 16° C

    5.47 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

Putin: Yeni sanksiyalar Rusiyaya təzyiq cəhdidir

DÜNYA

23 Oktyabr 2025 | 21:03

Putin: Yeni sanksiyalar Rusiyaya təzyiq cəhdidir

Rusiya Prezidenti Vladimir Putin sanksiyaları Rusiyaya təzyiq cəhdi adlandırıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu o, Rusiya Coğrafiya Cəmiyyətinin 17-ci Qurultayından sonra jurnalistlərə açıqlamasında deyib.

Putin vurğulayıb ki, Amerikanın yeni məhdudiyyətləri Rusiyanın iqtisadi rifahına ciddi təsir etməyəcək. "Yeni sanksiyalara gəlincə, ilk növbədə, burada yeni heç nə yoxdur. Bəli, onlar bizim üçün ciddidir və müəyyən nəticələr ola bilər, lakin bizim iqtisadi rifahımıza ciddi təsir göstərməyəcəklər", - Rusiya lideri bildirib.

"Sanksiyalar qeyri-dost hərəkətdir, o, Rusiya-Amerika münasibətlərini gücləndirmir", - Rusiya Prezidenti qeyd edib.


SON XƏBƏRLƏR

23 Oktyabr 2025