• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

KİV: İsrailin Qəzzada endirdiyi zərbələr 23 nəfərin həyatına son qoyub

DÜNYA

22 Noyabr 2025 | 20:12

KİV: İsrailin Qəzzada endirdiyi zərbələr 23 nəfərin həyatına son qoyub

Şənbə günü İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində ən azı 23 fələstinli həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Əl Hadath" televiziyası məlumat yayıb.

Öz növbəsində Fələstinin HƏMAS hərəkatına yaxın olan Qüds xəbər portalı hələlik dəqiq sayı açıqlanmasa da, yaralıların, o cümlədən uşaqların da anklavdakı xəstəxanalara yerləşdirildiyini iddia edib. Hava zərbələri Qəzzanın mərkəzi və şimalını hədəf alıb. Portal həmçinin yaşayış binalarının və mülki avtomobilin bombalandığı barədə məlumat yayıb.

Noyabrın 20-də HƏMAS İsraili Qəzza zolağına nəzarətini Sarı Xəttdən kənara doğru genişləndirməkdə ittiham edib. Hərəkatın məlumatına görə, İsrail qüvvələri Qəzzanın şərqindəki Əl-Şucaiyyə məhəlləsində demarkasiya xəttindən 300 metr irəliləyib.
 


SON XƏBƏRLƏR