Almaniya kansleri Fridrix Merzlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. Tərəflər Avropanın Ukrayna münaqişəsinin həllində iştirakının vacibliyini müzakirə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniya kansleri Yohannesburqda keçirilən G20 sammiti çərçivəsində açıqlama verib.
Merz hesab edir ki, münaqişənin nəticəsindən asılı olaraq, bunun Avropa təhlükəsizliyi üçün nəticələri olacaq: "Ukrayna bu müharibəni uduzsa və ola bilsin ki, dağılacaqsa, bu, bütün Avropa siyasətinə, bütün Avropa qitəsinə təsir edəcək. Ona görə də biz bu məsələdə çox fəalıq".
O əlavə edib ki, əgər sülh üçün bir şans varsa, bu, Avropa qitəsi üçün də vacibdir: "Mən bu mövqeyi ona çatdırdım".
Bakı 



