Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Türkiyənin Ermənistanla normallaşma üzrə xüsusi nümayəndəsi Serdar Kılıç "X"də yazıb.
Onun sözlərinə görə, "Türk Hava Yolları" (THY) şirkəti 2026-cı il martın 11-dən etibarən İstanbul-İrəvan aviareysini müntəzəm olaraq həyata keçirəcək.
Serdar Kılıç bunu Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində yeni bir addım kimi qiymətləndirib.
Bakı 




