• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Ermənistanda yeni Konstitusiyanın qəbulu ilə bağlı referendumun vaxtı AÇIQLANDI

DÜNYA

22 Noyabr 2025 | 19:56

Ermənistanda yeni Konstitusiyanın qəbulu ilə bağlı referendumun vaxtı AÇIQLANDI

Ermənistan yeni Konstitusiyanın qəbulu ilə bağlı referendumun keçirilmə vaxtını müəyyənləşdirib. Baş nazir Nikol Paşinyan bildirib ki, referendum parlament seçkilərindən — 2026-cı ildən sonra təşkil olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, Paşinyan bu barədə bu gün K. Demirçyan adına İdman-Konsert Kompleksində dövlət qulluqçuları ilə görüşü zamanı məlumat verib.

Onun sözlərinə görə, seçkilərdən əvvəl siyasi qüvvələr cəmiyyətə bu məsələyə dair öz mövqelərini təqdim etməli, çoxluq qazanmış qüvvənin mövqeyi isə yeni Konstitusiya layihəsinin formalaşdırılmasında həlledici rol oynamalıdır.


SON XƏBƏRLƏR