Nigeriyada Müqəddəs Məryəm katolik məktəbindən silahlı şəxslər tərəfindən qaçırılanların sayı 315-ə çatıb, onlardan 303-ü şagirddir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "France Presse" agentliyi məlumat yayıb.
"Nigeriyanın Xristian Assosiasiyasından bildirilib ki, ötən gün səhər saatlarında baş verən kütləvi qaçırılmadan sonra yoxlama zamanı yeni məlumatlar əldə edilib. Qaçırılanların 303-ü şagird və 12-si müəllimdir", - agentlik yazıb.
Bakı 



