• Bakı 14° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanılıb

    HADİSƏ

    22 Noyabr 2025 | 14:05

    Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanılıb

    Paytaxtın Nəsimi rayonunda talama cinayətləri baş verib.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, naməlum şəxslər günorta saatlarında şəhər sakininin mağazalardan birində alış-veriş edən zaman çantasından içərisində 600 manat olan pul kisəsini, digər zərərçəkmişin isə restoranların birində masanın üzərinə qoyduğu əl çantasından 600 manat nağd pul, bank kartları və şəxsi əşyalarını oğurlayıblar. Bu barədə polis orqanına müraciətlər daxil olub.

    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən A.Yaqubova və N.Məmmədova saxlanılıblar.

    Rayon ərazisində keçirilən digər tədbir zamanı isə avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən E.Həsənov da müəyyən olunaraq saxlanılıb.

    Hər üç fakt üzrə araşdırmalar aparılır.


    SON XƏBƏRLƏR

    21 Noyabr 2025