• Bakı 16° C

    3.53 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Şahmat millimiz yarımfinalda Qazaxıstanla üz-üzə gələcək

İDMAN

22 Noyabr 2025 | 09:34

Şahmat millimiz yarımfinalda Qazaxıstanla üz-üzə gələcək

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatının yarımfinal mərhələsində bu gün Qazaxıstan komandası ilə üz-üzə gələcək.

Bakıvaxtı.az-ın məlumatına görə, yığmalar iki qarşılaşma keçirəcəklər.

Yekunda qalıb bəlli olmasa, sabah taybreykdə finala yüksələn tərəf müəyyənləşəcək.

Digər yarımfinal görüşündə Beynəlxalq Şahmar Federasiyasının (FIDE) komandası Çinlə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.

Dünya çempionatı noyabrın 23-də başa çatacaq.


SON XƏBƏRLƏR

21 Noyabr 2025