• Bakı 16° C

    3.53 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Həmin yanğında ölənlərdən biri komendant imiş

HADİSƏ

22 Noyabr 2025 | 09:58

Həmin yanğında ölənlərdən biri komendant imiş

Dünən Bakının Yasamal rayonunda Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın üç nəfərin həyatını itirməsi ilə nəticələnib.

Bakıvaxtı.az xəbər verir ki, teleqraf-ın məlumatına görə, həyatını itirənlərdən biri 1983-cü il təvəllüdlü Samir Kamal oğlu Məmmədov olub. O, həmin binanın komendantı kimi çalışırdı və yanğın baş verən binada yaşayırdı.

Hadisə zamanı 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qənbərli və Bakı Milli Geyim Evinin rəhbəri olan 48 yaşlı Könül Vəlibəy qızı Hümbətova da həyatını itirib. Könül Vəlibəylinin qızının vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə nəticəsində yaranan tüstüdən azı iyirmi nəfər təsirlənib və onlara tibbi yardım göstərilib.


SON XƏBƏRLƏR

21 Noyabr 2025