• Bakı 13° C

    1.99 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Yanğında ölənlərdən biri Milli Geyim Evinin rəhbəri olub

HADİSƏ

22 Noyabr 2025 | 00:17

Yanğında ölənlərdən biri Milli Geyim Evinin rəhbəri olub

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın nəticəsində ölənlərdən biri Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylidir.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, yanğın nəticəsində 1977-ci il təvəllüdlü K.Vəlibəyli yanğın nəticəsində tüstüdən zəhərlənərək ölüb.

Qeyd edək ki, hadisə nəticəsində həmçinin 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu ölüb.

Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Ümumilikdə 20 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


SON XƏBƏRLƏR

21 Noyabr 2025