• Bakı 14° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Həmin restoran İDDİALARA CAVAB verdi: "Hər şey aydın olacaq"

HADİSƏ

22 Noyabr 2025 | 12:16

Həmin restoran İDDİALARA CAVAB verdi: Hər şey aydın olacaq

Xəbər verdiyimiz kimi, Yasamalda 3 nəfərin həlak olduğu yanğına görə sakinlər "LOFT" restoranını ittiham edirlər.

Bakıvaxtı.az xəbər verir ki, milli.az məsələ ilə bağlı restoranla əlaqə saxlayıb.

"LOFT" restoranının rəhbərliyi Yasamal rayonunda baş verən yanğınla bağlı ittihamları rədd edib.

Bildirilib ki, yanğın restoranın daxilində deyil, binada baş verib:

"Əgər yanğın restoranda baş versəydi, obyektin hər hansısa hissəsi zərər görə bilərdi. Amma restoran heç bir ziyan çəkməyib. Üstəlik, restoranın üzərində yerləşən stomatoloji mərkəzə də heç bir zərər dəyməyib. İddiaları qəbul etmirik. Dövlətimiz var, araşdırma aparılacaq və hər şey aydın olacaq".

Qeyd edək ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olub. Hadisə nəticəsində 3 nəfər həlak olub, tüstüdən zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunan 27 nəfərdən 20-nə (13-ü kişi, 7-si qadın) zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Hazırda 7 nəfərin (5-i qadın, 2-si kişi) müalicəsi Toksikologiya şöbəsində davam etdirilir. Onlardan 6 nəfərin vəziyyəti orta ağır, 1 nəfər azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.


SON XƏBƏRLƏR

21 Noyabr 2025