• Bakı 14° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Rahid Əmirquliyev: “Matçda hakimlik bərbad idi”

İDMAN

22 Noyabr 2025 | 14:00

Rahid Əmirquliyev: “Matçda hakimlik bərbad idi”

“Zaqataladan xalla qayıtmaq heç vaxt rahat olmayıb”.

Bakıvaxtı.az idman.biz-ə istinadla xəbər verirki, bu sözləri Birinci Liqa təmsilçisi “Şahdağ Qusar”ın prezidenti və kapitanı Rahid Əmirquliyev deyib.

Təcrübəli futbolçu komandasının Birinci Liqanın VIII turunda “Zaqatala”ya məğlub olduğu oyunu şərh edib:

“Rəqibin bizdən bir baş üstün olduğunu demək olmaz. Hər iki komandanın fürsətləri var idi. Yəni, bərabər səviyyəli oyun gedirdi. Düşünürəm ki, ən azı bir xalla qayıda bilərdik. Matçda hakimlik bərbad idi. Bütün qərarları “Zaqatala”nın lehinə verirdi. Təbii ki, “Zaqatala”nın qələbəsinə kölgə salmaq istəmirəm, amma hakim oyunu normal idarə etsəydi, bir xalla dönə bilərdik. Komanda ilə məşqlərə başlamışam. Oynamaq üçün isə 100 faiz hazır deyiləm. İnşallah, yaxın günlərdə tam hazır olacam”, - deyə sport24.az-a açıqlamasında deyib.

Qeyd edək ki, “Zaqatala” “Şahdağ Qusar” matçı meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.


SON XƏBƏRLƏR

21 Noyabr 2025