• Bakı 14° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

"Qızımın atası evlidir, dəfələrlə ayrılmışam, xeyri olmayıb"

ŞOU

22 Noyabr 2025 | 13:41

Qızımın atası evlidir, dəfələrlə ayrılmışam, xeyri olmayıb

"Evli olduğunu bilirdim. Dəfələrlə ayrılmışam, qaçmağa cəhd göstərmişəm. Maşına oturub rayonlara qaçmışam. Gəlib məni tapıb. Mən heç kimin ailəsini dağıtmamışam. Bəzən qadını günahlandırırlar ki, ailə dağıdırsan. Kişini günahlandıran yoxdur".

Bakıvaxtı.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Günel Ələkbərova "Astar" layihəsində deyib. Şəxsi həyatından danışan sənətçi qızının atasının evli biri olduğunu etiraf edib. O bildirib ki, dəfələrlə ayrılmaq istəyib:

"Camaatın gedib ailəsinin içinə girmişəm ki, get, mənim yerimdir? Kişini də günahlandırmaq lazımdır. Kişi öz evindəkinə hörmət etmir, düşünmürsə, mən niyə düşünüm? Hər şey məndən əvvəl olub. İndi kişi hamı ilə normal münasibət saxlaya bilir. Orada qalmır, amma gedib-gəlir. Uşaqları böyükdür, artıq o babadır. O, tez ailə həyatı qurmuşdu, qohum evliliyi idi və sevgi yox idi. Valideynlər qohum evliliyinə məcbur edəndə sonu belədir.

İndi mənimlə də dostdur. Qızımla atasının sevgisi dəhşətdir. Ata sevgisi nədir bilməmişəm, mənə uzaqdır. Amma həsrətində olmuşam.

13 ilə sevgi qalar? 3 ilə bütün sevgi bitir. Ehtiras, öyrəşmə qala bilər". 

Qeyd edək ki, Günelin Məryəm adlı bir qız övladı var. 


SON XƏBƏRLƏR

21 Noyabr 2025