• Bakı 14° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Zelenskinin xanımı onu siyasi fəaliyyətdən uzaqlaşdırmağa çalışır

DÜNYA

22 Noyabr 2025 | 13:52

Zelenskinin xanımı onu siyasi fəaliyyətdən uzaqlaşdırmağa çalışır

Volodimir Zelenskinin xanımı Yelena Zelenskaya ərinin siyasi fəaliyyətini davam etdirməsini istəmir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Politico" yazıb.

Nəşrin bildirdiyinə görə, Ukraynanın birinci xanımı çoxdan hesab edir ki, onun həyat yoldaşı yenidən prezident seçilməyə çalışmamalıdır.

Qeyd edilir ki, Zelenskinin ətrafı ona çox aşağı səviyyədə dəstəkləndiyini və korrupsiya böhranının dağıdıcı nəticələrini göstərib.

Ukrayna prezidenti və ətrafı ilə təmasda olan adamlar Zelenskiyə ikinci müddətə namizədliyini irəli sürməməyin daha yaxşı olacağına işarə ediblər. Çünki Zelenskinin elektorat bazası 25%-i keçmir.

Xatırladaq ki, Ukraynada prezident seçkisi 2024-cü il martın 31-də keçirilməli idi, lakin hərbi vəziyyət və ümumi səfərbərlik səbəbindən ləğv edildi.

Zelenskinin prezident kimi səlahiyyət müddəti keçən il mayın 20-də başa çatıb.


SON XƏBƏRLƏR

21 Noyabr 2025