• Bakı 13° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

İslamiada başa çatdı: Azərbaycan neçənci yeri tutdu?

İDMAN

21 Noyabr 2025 | 22:41

İslamiada başa çatdı: Azərbaycan neçənci yeri tutdu?

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbir Şahzadə Nurah Universiteti Stadionunda baş tutub.

Bağlanış mərasimində Azərbaycan bayrağını yunan-Roma güləşçisi Həsrət Cəfərov və qılıncoynatma yığmasının üzvü Səbinə Kərimova daşıyıb.

Turnirdə 57 ölkədən 3000-dən çox idmançı 23 növdə medallar uğrunda mübarizə aparıb.

Azərbaycan yarışda 20 növdə 174 idmançı ilə təmsil olub. Komandamız Oyunları ümumilikdə 59 medalla başa vurub. Bunların 9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 10-cu yeri tutub. İlk sırada Türkiyə qərarlaşıb. Özbəkistan ikinci, İran üçüncü olub.

Qeyd edək ki, İslamiadanın açılış mərasimi noyabrın 7-də baş tutub./Report


SON XƏBƏRLƏR