• Bakı 13° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Hikmət Mirzəyev əfsanəvi kəşfiyyatçının atası ilə görüşdü

CƏMİYYƏT

21 Noyabr 2025 | 20:13

Hikmət Mirzəyev əfsanəvi kəşfiyyatçının atası ilə görüşdü

Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Quru Qoşunların komandanı, Xüsusi Təyinatlı Qüvvələrin sabiq komandanı, Vətən Müharibəsi Qəhrəmanı general polkovnik Hikmət Mirzəyev bu gün əfsanəvi kəşfiyyatçı, Kəşfiyyatın Mixaylosu, şəhid kapitan Mühüd Orucovun Atası Qurban Orucovu qəbul edib. 

Bakıvaxtı.az xəbər verir ki, Hikmət Mirzəyev Mühüd Orucovun Xüsusi Təyinatlı Qüvvələrində misilsiz xidmətlərindən danışıb:

"Mühüd əvəzolunmaz kəşfiyyatçı idi. Mühüd həm zabit kimi, həm insan kimi fərqli idi. Bütün tapşırıqları qüsursuz yerinə yetirirdi. Vətəni özündən çox sevirdi. O, hərbiçi doğulmuşdu. Vətən Müharibəsində Mühüdün yetişdirdiyi hərbiçilər böyük şücaətlər göstərdilər. Mühüd kimi oğul böyütdüyünüzə görə Sizə təşəkkür edirəm. Mühüd hər zaman mənim yadımdadır, mənim ürəyimdədir. Yaxın günlərdə Muhüdün məzarını ziyarət edəcəm".

Səmimi söhbət əsnasında Qurban Orucov Mühüdün Hikmət Mirzəyevə olan hörmət və rəğbətindən söz açıb: "Mühüd Sizinlə fəxr edirdi. Evə gələndə rəhmətlik Anası soruşardı ki, bala komandirin necə adamdı? Mühüd fəxrlə deyərdi: Ana, məndən nigaran qalma. Komandirim qızıl kimi adamdı. Anası da sevinərdi".

Sonda Hikmət Mirzəyev Qurban Orucovla xatirə şəkli çəkdirib.


SON XƏBƏRLƏR