• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Prezidentin qızı və gəlini internat məktəbində - FOTOLAR

CƏMİYYƏT

21 Noyabr 2025 | 20:41 | Müəllif: Subhan Mahmudov

Prezidentin qızı və gəlini internat məktəbində - FOTOLAR

Noyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Lənkəran şəhəri Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbində olublar.

Bakıvaxtı.az xəbər verir ki, əvvəlcə məktəbin şagird və müəllimləri ilə birlikdə tarixi Zəfərin 5 illiyinə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Sonra sinif otaqlarında, məşğələ və istirahət otağında uşaqların asudə vaxtının səmərəli təşkili prosesləri izlənilib.

Qeyd edək ki, regional xarakter daşıyan və cənub bölgəsində yeganə olan Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbində autizm və Daun sindromlu, o cümlədən əqli inkişafdan geri qalan uşaqların mütəxəssislər tərəfindən həm təhsil almaları, həm də reabilitasiya prosesi təmin edilir. Həmin uşaqların məktəbdə qalması üçün də şərait yaradılıb ki, 34 uşaq bu imkandan yararlanır.


Prezidentin qızı və gəlini internat məktəbində - FOTOLARPrezidentin qızı və gəlini internat məktəbində - FOTOLARPrezidentin qızı və gəlini internat məktəbində - FOTOLARPrezidentin qızı və gəlini internat məktəbində - FOTOLARPrezidentin qızı və gəlini internat məktəbində - FOTOLARPrezidentin qızı və gəlini internat məktəbində - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026