Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə əhali ilə keçirdiyi səyyar qəbul və görüşlər davam etdirilir.
Bakıvaxtı.az xəbər verir ki, RİH başçısı Elşən Həsənli Sığırlı kənd tam orta məktəbdə kənd sakinləri ilə görüşüb.
Görüşdə icra başçısının müavinləri və şöbə müdirləri, hüquq mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
E. Həsənli çıxış edərək rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib.
Daha sonra səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib.
Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.
Bakı 







