Rusiyada məhkəmə icraçıları müğənni Alla Puqaçovanın "əkizi" kimi tanınan məşhur parodiyaçı Aleksandr Peskovu 13 milyon rubl (təxminən 280 min manat) borc səbəbindən axtarışa veriblər.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə "Mash" "Telegram" kanalı məlumat verib.
Məlumata görə, maliyyə çətinliklərinin öhdəsindən gəlmək üçün 63 yaşlı sənətçi öz qonorarlarını əhəmiyyətli dərəcədə azaldıb - onun çıxışlarının qiyməti təxminən 12 dəfə azalıb və 400 000 rubl (təxminən 8 600 min manat) təşkil edib. Daha əvvəl isə Peskov hər şou üçün 5 milyon rubla (təxminən 108 min manat) qədər qazanırdı ki, bu da ona Moskvada iki mənzil almağa imkan verib.
"Mash" iddia edir ki, bir məqamda Aleksandr Peskovun vəziyyəti kəskin şəkildə pisləşib. Onun "Aleksandr Peskovun rəhbərliyi altında teatr" şirkəti Rusiya Federal Vergi Xidməti tərəfindən bağlanıb, kreditor isə 13 milyon rubl (təxminən 280 min manat) məbləğində məhkəmə iddiası qaldırıb.
Maliyyə problemləri və daimi stres sənətçinin sağlamlığına mənfi təsir göstərib, 2019-cu ildə ona diaqnozu qoyulan mədəaltı vəzi xəstəliyi daha da ağırlaşıb.
Bakı 



