• Bakı 16° C

    3.53 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Azad olunan ərazilərə köçürülənlərdən neçəsinin məşğulluğu təmin edilib?

CƏMİYYƏT

22 Noyabr 2025 | 10:10

Azad olunan ərazilərə köçürülənlərdən neçəsinin məşğulluğu təmin edilib?

Azad olunan ərazilərə köçürülən sakinlərdən 7027 şəxsin məşğulluğu təmin edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Dövlət Məşğulluq Agentliyi həmçinin 4 836 nəfərin vakansiya üzrə işlə təminatını həyata keçirib, 589 nəfər özünüməşğulluq proqramına cəlb edilərək bu proqram çərçivəsində öz kiçik ailə təsərrüfatlarını yaradıb.

1185 nəfər isə fərdi qaydada özünüməşğul şəxslərdir.

Sakinlər üçün peşə hazırlığı kurslarının təşkili işləri də aparılır. Artıq 319 nəfər sakin işəgötürənlərlə birgə təşkil olunan peşə hazırlığı kurslarına cəlb edilib.


SON XƏBƏRLƏR

21 Noyabr 2025