• Bakı 14° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Həmkəndlisini qətlə yetirən şəxsə hökm oxunub

HADİSƏ

22 Noyabr 2025 | 11:25

Həmkəndlisini qətlə yetirən şəxsə hökm oxunub

Həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən Şəhliyar Bayramlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, təqsirləndirilən şəxs 17 il müddətə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə ötən ilaprel ayında Yevlax rayonunda baş verib. Mübahisə nəticəsində təqsirləndirilən Şəhliyar Bayramlı həmkəndlisi Musa Orucovu bıçaqlayaraq qətlə yetirib.

    Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 228.4-cü maddələri ilə ittiham edilib.


    SON XƏBƏRLƏR

    21 Noyabr 2025