Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 33 min 449,1 ton duru bitki yağları istehsal edilib.
Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,7 % azdır.
Hesabat dövründə Azərbaycanda həmçinin 41 min 403,4 ton marqarin istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 1,3 % çoxdur.
Noyabrın 1-nə ölkədə 2 min 002,3 ton duru bitki yağı, 3 min 483,4 ton isə marqarin ehtiyatı yaranıb. Bunlar, illik müqayisədə müvafiq olaraq 31,8 % və 22,2 % azdır.
Hesabat dövründə Azərbaycanda 4 milyard 191,4 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,5 % çoxdur.
Bakı 



