• Bakı 14° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

G20 sammiti başladı

DÜNYA

22 Noyabr 2025 | 14:15

G20 sammiti başladı

Cənubi Afrikanın Yohannesburq şəhərində Böyük İyirmilik ölkələri (G20) liderlərinin zirvə toplantısı start götürüb.

Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bu ilki sammitə CAR Prezidenti Siril Ramafoza sədrlik edir.

Sammitin işində ABŞ istisna olmaqla “iyirmiliyə” üzv bütün ölkələr iştirak edir; ABŞ tədbiri boykot edir.

Sammit iki gün davam edəcək. Üç sessiya keçiriləcək və onların hamısı qapalı formatda baş tutacaq. Sammitin təsdiqinə çıxarılan sənədlər CAR-ın G20 sədrliyi çərçivəsində əsas prinsiplərə (həmrəylik, bərabərlik və dayanıqlılıq) əsaslanır.

Qeyd edək ki, Böyük İyirmilik – iqtisadi cəhətdən ən inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin qeyri-rəsmi birliyidir və qlobal iqtisadiyyatın sabitliyinin qorunması üçün aparıcı dövlətlərin səylərini əlaqələndirmək məqsədilə 1999-cu ilin payızında yaradılıb.


SON XƏBƏRLƏR

21 Noyabr 2025