• Bakı C

    4.54 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Cənubi Afrika XİN: G20 sammitində Ukrayna böhranı müzakirə olunub

DÜNYA

22 Noyabr 2025 | 19:36

Cənubi Afrika XİN: G20 sammitində Ukrayna böhranı müzakirə olunub

G20 liderlərinin görüşündə digər silahlı böhranlarla yanaşı Ukraynadakı vəziyyət də müzakirə olunur. 

Bakıvaxtı.az xəbər verir ki, Cənubi Afrika Respublikasının xarici işlər və əməkdaşlıq naziri Ronald Lamola sammit çərçivəsində keçirilən mətbuat konfransında TASS-ın sualına cavabında belə deyib.

“Ukrayna Sudan və Konqo Demokratik Respublikası (KDR) kimi digər münaqişə zonaları ilə birlikdə müzakirə olunub", - Lamola bildirib.

Sammitin artıq qəbul edilmiş bəyannaməsində deyilir ki, G20 ölkələri Ukrayna böhranının, eləcə də KDR, Fələstin və Sudandakı münaqişələrin ədalətli həllinə nail olmaq üçün səy göstərmək niyyətindədirlər.
 


SON XƏBƏRLƏR