Mingəçevirdə piyadanın xəsarəti ilə nəticələnən yol qəzası baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə saat 18 radələrində Mingəçevir şəhəri ərazisində baş verib. Belə ki, "Lada Priora" markalı avtomobil piyada, 18 yaşlı Bəyim Sadıqzadəni vurub.
Yaralı Mingəçevir şəhər xəstəxanasına çatdırılıb. Onun topuğun qapalı travması xəsarəti aldığı deyilir.
Faktla bağlı araşdırma aparılır.
Bakı 



