Fransa prezidenti Emmanuel Makron Ukrayna münaqişəsinin Avropa İttifaqı (Aİ) ölkələrinin razılığı olmadan ABŞ-nin təklifi əsasında həllinin mümkün olmadığını bildirib.
Bakıvaxtı.az xəbər verir ki, o bunu İyirmilik Qrupunun (G20) Yohannesburqda keçirilən sammiti çərçivəsində jurnalistlərə bildirib.
"Bu plan hələ avropalılarla razılaşdırılmayıb və o, avropalılara təsir edən bir çox müddəaları ehtiva edir. Dondurulmuş aktivlər Avropanın əlindədir, Ukraynanın Avropaya inteqrasiyası Avropanın əlindədir və NATO-nun gördüyü işlər NATO üzvlərinin əlindədir. Beləliklə, daha geniş koordinasiya tələb edən məsələlər var ki, onların həlli ABŞ-nin əlində deyil", - Makron bildirib.
Bakı 



