Təbriz bazarındakı qiymətləri təəccüb doğurub.
Bakıvaxtı.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Pələng Kərimov adlı bloger paylaşım edib.
O, bazarda satıcılardan müxtəlif məhsulların qiymətlərini soruşaraq izləyiciləri ilə bölüşüb və tərəvəzlər başda olmaqla, bir sıra məhsulların ucuzluğu diqqət çəkib.
Blogerin bildirdiyinə görə, Təbriz bazarında qiymətlər aşağıdakı kimidir:
Pomidorun kiloqramı – 58 qəpik
Xiyarın kiloqramı – 45, 64 və 77 qəpik
Bananın kiloqramı – 1.30, 1.50 və 2.10 manat
Kartofun kiloqramı – 40 qəpik
Badımcanın kiloqramı – 46–52 qəpik
Göyərtilərin kiloqramı – 32 qəpik
Bundan başqa, o həmçinin Təbriz bazarında qızılın qramının 80–90 dollar, əl toxuması olan xalçaların qiymətinin isə 400–900 dollar arasında dəyişdiyi bildirib.
Bakı 




