• Bakı 25° C

    3.01 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Türkiyədə 54 şagird niyə zəhərlənib? - YENİLƏNİB

DÜNYA

22 Noyabr 2025 | 22:08

Türkiyədə 54 şagird niyə zəhərlənib? - YENİLƏNİB

Türkiyədə 50 şagirdin qidadan zəhərləndiyi ehtimal olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, Adıyaman şəhərinin Besni rayonunda yataqxanada qalan 50 şagird yedikləri qidadan sonra özlərini pis hiss ediblər. Onlar zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdiriliblər.

Şagirdlərin sağlamlıq durumlarının yaxşı olduqları bildirilir.

Qeyd edək ki, bundan əvvəl Koceli və Rizə şəhərlərində ümumilikdə 54 şagirdin qidadan zəhərləndiyi deyilirdi.

***

19:21

Türkiyədə 54 şagird qidadan zəhərlənib.

Bakıvaxtı.az "Haber Global"a istinadən xəbər verir ki, Koceli şəhərində özəl bir liseydə 14 şagird bufetdən aldıqları toyuq məhsulunu yedikdən sonra özlərini pis hiss ediblər.

Rize şəhərində isə qızlar yataqxanasında 40 şagird yedikləri yeməkdən zəhərlənib.

Şagirdlər xəstəxanaya yerləşdiriblər, onlara müvafiq yardım göstərilib. Hadisələrlə bağlı araşdırma başladılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR