• Bakı 10° C

    5.13 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Azad olunan ərazilərə köçürülən 7027 şəxsin məşğulluğu təmin edilib

CƏMİYYƏT

22 Noyabr 2025 | 17:24

Azad olunan ərazilərə köçürülən 7027 şəxsin məşğulluğu təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərə köçürülən sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir.

Bakıvaxtı.az xəbər verir ki, həmin sakinlərdən artıq 7027 şəxsin məşğulluğu təmin edilib.

O cümlədən, 4836 nəfərin vakansiya üzrə işlə təminatı həyata keçirilib, 589 nəfər özünüməşğulluq proqramına cəlb edilərək bu proqram çərçivəsində öz kiçik ailə təsərrüfatlarını yaradıb. 1185 nəfər isə fərdi qaydada özünüməşğul şəxslərdir.

Sakinlər üçün peşə hazırlığı kurslarının təşkili işləri də aparılır. Artıq 319 nəfər sakin işəgötürənlərlə birgə təşkil olunan peşə hazırlığı kurslarına cəlb edilib.


SON XƏBƏRLƏR