• Bakı 11° C

    4.54 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Penitensiar xidmətin balansında olan inzibati binanın açılışı olub

CƏMİYYƏT

22 Noyabr 2025 | 17:51

Penitensiar xidmətin balansında olan inzibati binanın açılışı olub

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin balansında olan inzibati binanın əsaslı təmirdən sonra açılışı olub.

Bu barədə Bakıvaxtı.az-a Penitensiar Xidmətdən məlumat verilib.

Bildirilib ki, açılışda Ədliyyə naziri Fərid Əhmədov iştirak edərək binada aparılmış təmir və yenidənqurma işləri ilə tanış olub.

Fərid Əhmədov, həmçinin inzibati binada Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsinin Arxiv şöbəsi üçün yaradılmış yeni inzibati məkana da baxış keçirib.

Arxiv şöbəsi üçün nəzərdə tutulan inzibati məkan müasir texniki standartlara uyğun qurulub. Burada arxiv sənədlərinin mühafizəsi, eləcə də rəqəmsallaşdırılması üçün tam şərait yaradılıb.

Binada yüksəktutumlu saxlanclar, geniş iş otaqları və vətəndaşların qəbulu üçün nəzərdə tutulmuş müasir tələblərə uyğun otaq fəaliyyət göstərəcək.


SON XƏBƏRLƏR