• Bakı 12° C

    3.57 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Braziliyanın keçmiş prezidenti həbs edilib

CƏMİYYƏT

22 Noyabr 2025 | 15:21

Braziliyanın keçmiş prezidenti həbs edilib

Braziliyanın 2019-2022-ci illərdə dövlət başçısı olmuş Jair Bolsonaro həbs olunub.

Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Dövlət çevrilişi işi üzrə 27 il müddətinə azadlıqdan məhrum edilmiş keçmiş prezident buna qədər şərti azadlıqda – ev dustaqlığında idi.

Bolsonaro 2023-cü ilin yanvarında Lula da Silvanın hakimiyyətə gəlməsinin qarşısını almaq məqsədilə bir qrup şəxslə əlbir olmaqda təqsirli bilinib. Oktyabrın sonunda Bolsonaronun vəkilləri respublikanın Ali Məhkəməsinə (STF) apellyasiya şikayəti vermişdilər. Müdafiə tərəfi siyasətçinin 27 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı məhkəmə qərarında səhvlərin olduğunu iddia edirdi.


SON XƏBƏRLƏR

21 Noyabr 2025