• Bakı 13° C

    3.57 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Gəlinini döyən qayınana cəzalandırıldı

CƏMİYYƏT

22 Noyabr 2025 | 16:12

Gəlinini döyən qayınana cəzalandırıldı

Tovuzda gəlinini döyən qayınana cərimələnib.

Bakıvaxtı.az Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Qaradaş kəndində qeydə alınıb.

45 yaşlı Mətanət Əzimova (ad və soyad şərtidir) yaşadıqları evdə yaranmış mübahisə zamanı əli ilə gəlinini itələyib və vurub. O, əməlindən peşman olduğunu deyib və məhkəmədən barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş edib.

Zərərçəkən qadın isə qayınanası ilə barışmaq niyyətində olmadığını deyərək, onun cərimələnməsini istəyib.

Hadisə barədə Mətanət Əzimova barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsilə protokol tərtib olunub.

Tovuz Rayon Məhkəməsinin qərarı ilə ona 300 manat məbləğində inzibati cərimə cəzası verilib.


SON XƏBƏRLƏR

21 Noyabr 2025