• Bakı 13° C

    3.57 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

UEFA "Qarabağ"ın rəqibini cərimələdi

İDMAN

22 Noyabr 2025 | 15:42

UEFA Qarabağın rəqibini cərimələdi

UEFA "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən "Ayntraxt"ı (Frankfurt, Almaniya) cərimələnib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

Almaniya təmsilçisinin cəzalandırılmasına səbəb klubun və azarkeşlərinin "Liverpul"la matçda qayda pozuntularına yol verməsi olub.

"Ayntraxt" ictimai keçidlərin bağlanmasına görə 11000 avro ödəyəcək. Həmçinin klub irotexniki vasitələrdən istifadəyə görə 10750 avro, idman tədbirinə uyğun olmayan mesajların ötürülməsinə görə 17500 avro cərimələnib.

Qeyd edək ki, "Qarabağ"la "Ayntraxt" arasında matç 21 yanvar 2026-cı ildə Bakıda keçiriləcək.


SON XƏBƏRLƏR

21 Noyabr 2025