Noyabrın 23-də İsveçrədə ABŞ, Avropa və Ukrayna nümayəndələrinin iştirakı ilə Prezident Donald Tramp tərəfindən irəli sürülmüş yeni sülh planının müzakirəsinə həsr olunmuş danışıqlar keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu DPA Almaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Tədbirlər çərçivəsində Ukrayna və ABŞ-nin yüksək vəzifəli nümayəndələri gələcək sülh sazişinin mümkün parametrlərini müzakirə edəcəklər. 2025-ci ilin noyabrında təqdim edilən yeni Amerika planı Kiyevin müəyyən güzəştlərə getməsini tələb edir.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Rusiya ilə sülh nizamlanmasına nail olmaq üçün danışıqlarda iştirak etmək məqsədilə nümayəndə heyəti yaradıb və ona rəhbərliyi Prezident Aparatının rəhbəri Andriy Yermak edəcək.
Bakı 



