• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Manisa Turgutluda Azərbaycan mədəniyyəti gecəsi - FOTOLAR

 

CƏMİYYƏT

22 Noyabr 2025 | 19:26

Manisa Turgutluda Azərbaycan mədəniyyəti gecəsi - FOTOLAR 

ManisaTurgutlu AzərbaycanMədəniyyətDərnəyiAzərbaycanTürkiyəşairlərininşeirləriiləzənginbirgecəkeçirib.

Bakıvaxtı.az-ın məlumatına görə, tədbif 24 noyabr Müəllimlər Gününə həsr olunmuşdu.

Gecədə dərnəyin sədri Ünal Kağba, Turgutlu bələdiyyə başçısının müavini Hüseyin Malis, şair Bayram Ali Çelikten, SAKÜDER sədri, şair Gündüz Aydın, Türkiyə-Azərbaycan Federasiyası başçının müavini Eşref Tuna, eləcə də digər yazıçılar, siyasi partiya nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, jurnalistlər, müəllimlər iştirak ediblər.

Kütahiyadan gəlmiş Aşıq Mustafa Sarı sazı və sözləri ilə gecəyə rəng qatıb. İzmirdən HAN Teatrı heyəti gecənin ən rəngarəng iştirakçılarından biri olub. Teatrın qurucusu və baş sənət rəhbəri Rüçhan Gürel, Azərbaycan mədəniyyət elçisi Roza İbadova Koçamaz, aktyorlar Pınar Peynircioğlu və Onur Peynircioğlu gecədə iştirak ediblər.

Gecə Mikayil Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad, Mehmet Akif və Bəxtiyar Vahabzadənin şeirləri ilə işıqlandırılıb və iştirakçılara unudulmaz anlar yaşadıb.

Nərgiz Məmmədli 


SON XƏBƏRLƏR