• Bakı 18° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.03

Ural oliqarxı saxlanıldı

DÜNYA

23 Sentyabr 2025 | 22:29

Ural oliqarxı saxlanıldı

Rusiya paytaxtı Moskvada Ural oliqarxı – “Oblkommunenerqo” enerji şirkətinin sahibi Aleksey Bobrov saxlanılıb. O, dələduzluqda şübhəli bilinir.

Bakıvaxtı.az Tribuninfo.az-a istinadən xəbər verir ki, Bobrov cinayət işində şübhəli qismində bilinir və artıq Moskvadan Yekaterinburqa köçürülüb. Həmçinin onun paytaxtdakı evlərində və ofisində axtarışlar aparılıb.

Eyni zamanda, onun həmkarları, “Oblkommunenerqo”nun direktorlar şurasının sədri Tatyana Çernıx, törəmə şirkətin rəhbəri Artyom Noskov və “Oblkommunenerqo”nun keçmiş rəhbəri Anton Bolikov da saxlanılıb.

Onların hamısı konsessiya müqavilələri çərçivəsində büdcə vəsaitlərinin mənimsənilməsində şübhəli bilinirlər.


SON XƏBƏRLƏR