• Bakı 15° C

    5.47 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

DÜNYA

23 Oktyabr 2025 | 21:40

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

ABŞ dövlət katibi Marko Rubio Birləşmiş Ştatlar Prezidenti Donald Trampın təklif etdiyi Qəzza zolağında sülh planını müzakirə etmək üçün İsrailə səfər edib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Rubio "X" sosial şəbəkəsində yazıb.

"Amerikanın İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqliyini bir daha təsdiqləmək, Prezident Trampın tarixi sülh planını həyata keçirmək üçün tərəfdaşlarla danışıqlar aparmaq, həmçinin Yaxın Şərqdə davamlı sülh və inteqrasiya istiqamətində əldə edilən irəliləyişi gücləndirmək üçün İsrailə gəlmişəm", - o yazıb.

Xatırladaq ki, HƏMAS və İsrail daha əvvəl Qəzza zolağı üzrə sülh planını təsdiqləyiblər. Atəşkəs oktyabrın 10-da qüvvəyə minib.

Qeyd edək ki, oktyabrın 13-də Misirin Şarm əş-Şeyx şəhərində Qəzza zolağında atəşkəs və orada saxlanılan bütün israilli girovların azad edilməsi üçün çağırılan sülh sammiti keçirilib. Görüş zamanı Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani, ABŞ Prezidenti Donald Tramp və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Fələstin anklavında yekun atəşkəs sazişini imzalayıblar.


SON XƏBƏRLƏR

23 Oktyabr 2025