HƏMAS ABŞ-a Qəzzada atəşkəs razılaşmasının müddətinin bitdiyini və hərbçilərin əməliyyatlara hazır olduğunu bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Əl- Hədəth” telekanalı məlumat yayıb.
Məlumata görə, HƏMAS ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Trampın kürəkəni Cared Kuşnerə İsrailin Qəzzada atəşkəsi pozduğuna görə müqavilənin müddətinin bitdiyini və hərəkatın döyüşə hazır olduğunu bəyan edib.
Qeyd edək ki, İsrail Qəzzanın müxtəlif ərazilərinə hücumlar həyata keçirib.
Bakı 



