• Bakı 11° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Oreşkin: Rusiya G20-yə sədrliyi dövründə ABŞ ilə işləyəcək

DÜNYA

22 Noyabr 2025 | 21:30

Oreşkin: Rusiya G20-yə sədrliyi dövründə ABŞ ilə işləyəcək

Rusiya hazırdır və Vaşinqtonun G20-yə sədrliyi dövründə ABŞ-lə işləyəcək. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-ın sualına cavabında Prezidentin İcra Aparatı rəhbərinin müavini Maksim Oreşkin bildirib.

"Biz ABŞ-lə onun G20-yə sədrliyi çərçivəsində işləyəcəyik. Biz G20-nin bir sıra sahələrini, o cümlədən inkişaf məsələlərini prioritet hesab edirik", - Oreşkin bildirib.

Qeyd edək ki, Oreşkin Yohannesburqda keçirilən G20 sammitində Rusiya nümayəndə heyətinə rəhbərlik edir.

ABŞ 2025-ci il dekabrın 1-dən 12 aylıq müddətə G20-yə sədrlik edəcək. ABŞ prezidenti Donald Tramp növbəti G20 sammitinin 2026-cı ildə Floridada keçiriləcəyini açıqlayıb. 


SON XƏBƏRLƏR