• Bakı C

    9.62 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

“Ekol TV ilə heç bir əlaqəm yoxdur” - Mübariz Mənsimov

CƏMİYYƏT

09 Yanvar 2026 | 13:29

“Ekol TV ilə heç bir əlaqəm yoxdur” - Mübariz Mənsimov

“Ekol TV ilə heç bir əlaqəm yoxdur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov sosial şəbəkə hesabında bildirib.

Bəzi mətbu orqanlarda haqqında yazılanlara münasibət bildirən M.Mənsimov xəbərlərin həqiqətəuyğun olmadığnı vurğulayıb:

“Mənim yuxarıda adı çəkilən televiziya kanalı ilə heç bir əlaqəm yoxdur”.

Keçmişdə də oxşar böhtan xarakterli iddialar və xəbər reportajları edildiyini deyən Mənsimov nüfuzuna xələl gətirməyə yönəlmiş bu iddiaları qətiyyətlə pisləyir.

Qeyd edək ki, sosila şəbəkədə azərbaycanlı iş adamı Mübariz Mənsimovun "Ekol TV" işi ilə bağlı istintaqa cəlb edildiyi barədə xəbərlər yayılıb.
 


SON XƏBƏRLƏR

09 Yanvar 2026