Narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən daha bir neçə tiktokerlə bağlı istintaq orqanının qərarı açıqlanıb.
Bakıvaxtı.az-ın Oxu.Az-a istinadən məlumatına görə, tiktokerlər - "Magerramov" ləqəbli Əmrah Məhərrrəmov, "Nuh" ləqəbli Nuh Məmmədzadə, Vüqar Kərimov və "Xan" ləqəbli Əsgər Əlizadənin barələrində olan cinayət işləri üzrə istintaqlar başa çatıb və istintaq orqanı cinayət işlərinə xitam verib.
Xatırladaq ki, adıçəkilən şəxslər 2024-cü ilin dekabrında keçirilən əməliyyatlar zamanı saxlanılmışdılar. Onlar Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə təqsirli bilinmişdilər. Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirləri seçilsə də, bir müddət sonra onlar ev dustaqlığına buraxılmışdılar.
Qeyd edək ki, bir müddət əvvəl aparıcı Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, "Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalzadə, tiktoker qardaşlar Emin və Rəşad Abdullayevlər barədə başlanılmış cinayət işlərinə də xitam verilmişdi.
Bakı 




