• Bakı 22° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

İngiltərədə həkimlər tətilə hazırlaşırlar

DÜNYA

23 Oktyabr 2025 | 21:45 | Müəllif: Subhan Mahmudov

İngiltərədə həkimlər tətilə hazırlaşırlar

Böyük Britaniya Tibb Assosiasiyası İngiltərədə fəaliyyət göstərən rezident həkimlərin noyabrın 14-19-da tətil edəcəklərini açıqlayıb.

Bakıvaxtı.az “The Independent”ə istinadla xəbər verir ki, həkimlər əməkhaqqı və iş yerləri ilə bağlı beş gün etiraz aksiyası keçirəcəklər.

Assosiasiya bəzi həkimlərin iş tapa bilmədiyini, xəstəxanalarda növbələrin boş qaldığını və xəstələrin gözləmə siyahılarında uzun müddət qalmağa məcbur olduqlarını qeyd edib.

Rezident həkimlər milli səhiyyə xidmətində çalışan həkimlərin təxminən yarısını təşkil edir.

Assosiasiyadan bildirilib ki, onların maaşının artırılması təcrübəli kadrların ölkəni tərk etməsinin qarşısını ala bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026