• Bakı 24° C

    1.2 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

İraq tam enerji müstəqilliyinə yaxınlaşır

DÜNYA

24 Avqust 2025 | 21:45

İraq tam enerji müstəqilliyinə yaxınlaşır

İraq neft emalı gücünü sutkada 1,3 milyon barrelə çatdırıb və iqtisadi sabitliyin və enerji suverenliyinin təmin edilməsi strategiyasının bir hissəsi olaraq bu həcmi 1,65 milyon barelə çatdırmağı planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İraqın baş naziri Məhəmməd əl-Sudaninin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, bu cür templər İraqın neft məhsullarına olan daxili tələbatını tam ödəməyə, idxalı azaltmağa, milyardlarla xarici valyutaya qənaət etməyə və aviasiya yanacağını ixrac etməyə başlamağa imkan verəcək.

Neft emalı potensialının artması İraqı xammal ixracatçısından neft məhsulları bazarında tam hüquqlu oyunçuya çevirir. Bu, ölkənin iqtisadi suverenliyini gücləndirir, yanacaq idxalından asılılığı azaldır və regionda enerji balansını dəyişə bilər.

Vurğulanıb ki, neftin əsas təsir aləti olduğu Yaxın Şərq üçün belə bir addım İraqın müstəqilliyinin artırılması və onun regional geosiyasətdə rolunun güclənməsi deməkdir.


SON XƏBƏRLƏR

24 Avqust 2025