• Bakı 27° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Suyun stressə təsiri məlum olub

DÜNYA

24 Avqust 2025 | 16:45

Suyun stressə təsiri məlum olub

Liverpul Con Murs Universitetinin alimləri su qəbulunun orqanizmin stressə reaksiyasına təsir etdiyini müəyyən ediblər.

Bakıvaxtı.az xəbər verir ki, tədqiqatda 18–35 yaş arası 100 kişi və qadın iştirak edib. Son mərhələdə alimlər 32 nəfəri seçərək onları iki qrupa ayırıblar: gündə orta hesabla 1,3 litr su içənlər və gündə 4,4 litr su qəbul edənlər.

Bir həftəlik müşahidədən sonra iştirakçılar üçün süni stress vəziyyəti yaradılıb. Onlardan iş müsahibəsi şəraitində çıxış etmək, yadda hesablama aparmaq və ani tapşırıqları yerinə yetirmək tələb olunub.

Nəticədə məlum olub ki, daim az miqdarda su içən insanlarda stress vəziyyətində stress hormonu kimi tanınan kortizolun səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Bununla belə, hər iki qrupda narahatlıq hissi və ürək döyüntüsünün sürətlənməsi göstəriciləri eyni olub.

Araşdırmaya görə, su və kortizol arasında dolayı əlaqə var. Belə ki, bədəndə maye az olduqda, suyu saxlamağa kömək edən vazopressin hormonu artır. Vazopressin isə adrenokortikotrop hormonunun (AKTG) sintezini stimullaşdırır, bu da öz növbəsində kortizolun ifrazına səbəb olur.

Beləliklə, kifayət qədər su içməmək orqanizmdə stress sisteminin daima hazır vəziyyətdə qalmasına, bu da stressə həddindən artıq reaksiya ilə nəticələnməsinə səbəb olur.


SON XƏBƏRLƏR

23 Avqust 2025