Rusiyaya məxsus qırıcı təyyarə İrəvanda dəmir dirəklə toqquşduqdan sonra hasara çırpılıb.
Bakıvaxtı.az xəbər verir ki, insident yerli vaxtla gecə saat 02:15-də baş verib.
Məlumata görə, yerüstü daşıma zamanı sərt muftanın elementi sıradan çıxıb və təyyarə platformadan düşüb.
Bildirilir ki, "MiQ" qırıcısının iştirakı ilə baş verən hadisədə xəsarət alan olmayıb. Hadisənin baş verdiyi Arşakunyants prospektində nəqliyyatın hərəkəti dayandırılıb.